"Barselona" Markus Reşfordu heyətinə qatdığını elan edib

Tarix: 21:38 23.07.2025
İspaniya La Liqası təmsilçisi "Barselona" İngiltərənin "Mançester Yunayted" klubundan Markus Reşfordu heyətinə qatdığını açıqlayıb.
"İnformator.az" kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu 1 il ərzində icarə əsasında "Barselona"nın formasını geyinəcək.
Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısında icarə əsasında "Aston Villa"nın formasını geyinib. O, 17 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.