Əlcəzairli futbolçu “Sumqayıt”da

Tarix: 22:14 23.07.2025
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, komanda son mövsümü “Fakel” (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. 28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi “Sumqayıt”da “72” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.