Balotelli İtaliya klubunda

Bölmə: İdman › ,
Tarix: 22:16 23.07.2025

Enok Balotelli İtaliya D Seriyası klubu ilə anlaşıb.


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, Mario Balotellinin qardaşı  “Vado” klubu ilə müqavilə imzalayıb. Futbolçu son olaraq  C Seriyası təmsilçisi “Ospitaletto”da çıxış edib.


Balotelli orada keçirdiyi 19 matçda 3 qol vursa da onunla müqavilə imzalanmayıb.