"Pilot dəyişikliyində sürpriz olmayacaq"

Tarix: 17:27 24.07.2025
"Formula 1"də "Mercedes"in pilot axtarışları ilə bağlı xəbərlər kulis məlumatlarında əksini taparkən, məsələ ilə bağlı açıqlama komandanın rəhbərliyindən gəlib.
"Mercedes"in baş direktoru Toto Wolff bildirib ki, "pilot dəyişikliyi məsələsində böyük sürprizlər gözlənilmir".
"Mercedes"in bu həftəsonu 70-ci dəfə təşkil olunacaq "Belçika Qran-Prisi"ndən əvvəl qərarını verməsi gözlənilir.
"Verstappen" tərəfində isə məsələnin bağlandığı görünür. Niderlandlı pilotun müqaviləsində yer alan komandadan ayrılma maddəsi "Avstriya Qran-Prisi" etibarilə qüvvədən düşüb. Əgər "Verstappen" mövsümün yarısı olan "Avstriya Qran-Prisi"ndən sonra ilk üçlükdə yer almasa idi, komandadan ayrılmaq hüququna malik olacaqdı.
Mənbə:TRT Haber
Nigar Həsənzadə