12 yaşlı üzgüçü Yu Zidi tarix yazıb

Tarix: 19:16 28.07.2025
Sinqapurda keçirilən "Dünya Üzgüçülük Çempionatı" tarixi bir finala səhnə olub. 12 yaşlı çinli idmançı Yu Zidi qadınlar arasında 200 metr fərdi kompleks növündə medal uğrunda mübarizə aparıb. Yu Zidi yarışı 4-cü yerdə başa vursa da adını tarixə yazdırıb.
"Dünya Üzgüçülük Çempionatı"nda səbirsizliklə gözlənilən tarixi final artıq geridə qalıb. Nəticələri səbəbindən FINA-nın xüsusi icazəsi ilə çempionata qatılan Yu Zidiyə diqqət yönəlib. 12 yaşlı çinli idmançı qadınlar arasında 200 metr fərdi kompleks növündə dünyanın ən güclülərinə qarşı mübarizə aparıb. Yu Zidi yarışı 2 dəqiqə 10 saniyə 22 nəticə ilə tamamlanıb və medalı cəmi 0.03 saniyə fərqlə əldən verib.
Qadınlar arasında 200 metr fərdi kompleks növündə birinci yeri kanadalı Summer Mcintosh tutub. ABŞ təmsilçisi Alex Walsh gümüş, digər kanadalı üzgüçü Mary-Sophie Harvey isə bürünc medal qazanıb.
Mənbə:TRT Haber
Nigar Həsənzadə