"Galatasaray"dan Metehan Baltacıya yeni müqavilə

Bölmə: İdman › ,
Tarix: 18:53 29.07.2025

"Galatasaray" 22 yaşlı müdafiəçi Metehan Baltacının müqaviləsinin 2028-ci ilə qədər uzadıldığını TFF-yə  bildirib.

 

"Galatasaray" Abdülkerim Bardakcı və Kaan Ayhandan sonra Metehan Baltacının da müqaviləsini uzadıb. Sarı-qırmızılı klub 22 yaşlı müdafiəçinin 2028-ci ilə qədər komandada qalacağını rəsmən təsdiqləyib. Metehan Baltacının adı "Süper Liqa"ya illər sonra yüksələn "Kocaelispor"la hallanır. Selçuk İnanın rəhbərlik etdiyi komanda gənc müdafiəçini icarəyə götürməyi planlaşdırır. 22 yaşlı futbolçu 2024–2025 mövsümündə sarı-qırmızılı forma ilə bütün turnirlərdə 18 oyunda çıxış edib.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə