"Mercedes"dən Russella 30 milyon dollarlıq təklif

Bölmə: İdman › ,
Tarix: 20:00 31.07.2025

"Formula 1" komandalarından "Mercedes" britaniyalı pilotu George Russella 30 milyon dollarlıq yeni müqavilə təklifi verib. Tərəflər müəyyən detallarda razılıq əldə etdikdən sonra müqaviləyə imza atacaqlar.

 

"Formula 1"də gərgin rəqabət davam edərkən, komandalar da növbəti mövsüm üçün heyətlərini formalaşdırmağa çalışırlar. İngiltərə mətbuatının məlumatına görə, "Mercedes" George Russell ilə yeni müqavilə bağlamağa çox yaxındır. Uzunmüddətli olduğu bildirilən təklifi Russellin qəbul etdiyi xəbər verilir. Lakin pilot klubdan sponsorluq fəaliyyətlərinin azaldılmasını istəyir. Razılaşmanın son versiyası bu kimi məsələlər dəqiqləşdikdən sonra rəsmi şəkildə açıqlanacaq. George Russell hazırda pilotlar sıralamasında 157 xalla dördüncü yerdədir.

 

Mənbə:TRT Haber 

Nigar Həsənzadə