Holse qida zəhərlənməsi keçirib

Tarix: 22:39 01.08.2025
"Super Liqa" təmsilçilərindən "Samsunspor"un danimarkalı futbolçusu Carlo Holse qida zəhərlənməsi səbəbilə xəstəxanada müalicə altına alınıb.
Klubun mövzu ilə bağlı açıqlamasında bildirilib: “Futbolçumuz Carlo Holse keçirdiyi qida zəhərlənməsi səbəbilə bu axşam USL Dunkerque ilə oynanan Amissos Derby yoldaşlıq oyununda iştirak etməyib. Holsenin qısa müddətdə meydanlara qayıdacağı gözlənlir".
Mənbə:TRT Haber
Nigar Həsənzadə