Liverpul 4 futbolçunun komandadan ayrılacağını açıqladı

Bölmə: İdman › ,
Tarix: 14:46 18.05.2023

İngiltərə nəhəngi Liverpul Nebi Keyta, Ceyms Milner, Roberto Firmino və Aleks Oksleyd-Çemberlenin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Liverpul sözügedən 4 futbolçu üçün vida mərasiminin keçiriləcəyini də açıqlayıb. 

 

"Liverpul"dan ayrılacaq Roberto Firmino və Nabi Keytanın adı Türkiyənin Qalatasaray komandası ilə hallanır. Ceyms Milnerin isə Premyer Liqa komandalarından biri olan "Brighton"la müqavilə imzalayacağı gözlənilir.



54 dəfə oxunub