Məhkəmə məmurları Madriddə nümayiş keçirib

Bölmə: Dünya › ,
Tarix: 22:27 25.05.2023

Mayın 22-də müddətsiz tətilə başlayan məhkəmə işçiləri İspaniyada maaş artımı tələbləri ilə bağlı razılığa gələ bilmədikləri üçün paytaxt Madriddə nümayiş keçiriblər.

 

İnformatır.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın dörd tərəfindən Madridə gələn məhkəmə rəsmiləri tələbləri yerinə yetirilmədiyi halda tətilin davam edəcəyini və aksiyaların artacağını bildiriblər.

 

Qeyd edək ki, ötən həftə Ədliyyə Nazirliyi ilə razılığa gələn hakimlər və prokurorlar aylıq ümumi məbləği 450 avro artırmaq, eləcə də iş şəraitinin yaxşılaşdırılması müqabilində müddətsiz tətildən imtina ediblər.

 

Aydan