48 il əvvəl törədilən qətlin üstü DNT ilə açıldı

Bölmə: Maraqlı › ,
Tarix: 22:53 25.05.2023

DNT sayəsində 1975-ci ildə Kanadanın Kvebek əyalətində törədilmiş qətlin cinayətkarı aşkar edilib. 1982-ci İldə vəfat etsə də, Səlahiyyətlilər onun DNT nümunəsini əldə etmək üçün məzarını açıblar. 

 

İnformator.az xəbər verir ki, 1975-ci ildə martın 29-da dostları ilə yeməyə getmək üçün evindən çıxan 16 yaşlı Sharron Priorun cəsədi 3 gün sonra meşədə tapılıb. Təcavüzə məruz qaldıqdan sonra öldürüldüyü məlum olan Priorun qətli ilə bağlı azı 100 nəfər şübhəli şəxs danışdırılsa da, qətlin üstü açılmayıb. 

 

ABŞ-ın Qərbi Virciniya ştatının polis məmurları 2022-ci ildə keçmiş məhkumluqları yoxlayarkən Franklin Mayvud Romaynın adına rast gəliblər. Qeydlərdən onun polislərdən qaçdığı məlum olub. Bundan sonra əvvəllər təcavüzə görə həbs cəzası çəkən Romaynın məzarı açılıb və DNT nümunəsi götürülüb. 

Məlum olub ki, 1945-ci ildə cinayət törədilən ərazidən götürülmüş nümunələr Romaynın DNT-si ilə üst-üstə düşür. Beləliklə, 48 il əvvəl törədilən qətlin üstü DNT ilə açılıb.

 

Sayad