Dünyanın ən varlı qadınları bəlli oldu

Tarix: 19:00 02.06.2023
Forbes jurnalı Amerikanın ən zəngin qadınlarının siyahısını açıqlayıb.
İnformator.az xarici mediaya istinadən bildirir ki, siyahıda Beyonce, Taylor Swift, Rihanna məhşurlar var. Forbes-in məlumatına görə, ümumi gəliri 540 milyon dollar olan Beyonce siyahıda 48-ci yerdədir. Amerikalı müğənni Taylor Swift 740 milyon dollarla musiqi dünyasının ikinci ən zəngin qadını olub.
Müğənni Rihanna isə siyahıda 20-ci yerdə qərarlaşıb. SavageXFenty adlı alt paltarı və Fenty Beauty adlı gözəllik brendinin sahibi olan müğənni 1,4 milyard dollar qazancı ilə dünyanın ən varlı qadınları siyahısındadır.