Texasda magistral yol çaya döndü

Bölmə: Sosial › , Dünya › ,
Tarix: 20:06 02.06.2023

Amerikanın Texas ştatında baş verən daşqın səbəbindən magistral yol çaya çevrilib, avtomobillər yolda qalıb.

 

İnformator.az İHA-ya istinadən xəbər verir ki, ABŞ-nin cənubunda Texas ştatında güclü yağışlar daşqınlara səbəb olub. Tahokadan Lubboka gedən avtomobil yolunu su basıb.

 

Maşınlar hərəkətdə olarkən sürücülər yolda qalıb. Meteoroloji xidmət yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.