Misirdə qum fırtınası: xəbərdarlıq edildi

Bölmə: Sosial › , Dünya › ,
Tarix: 20:13 02.06.2023

Misirin paytaxtı Qahirədə qum fırtınası nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

İnformator.az İHA-ya istinadən xəbər verir ki, qum fırtınasının təsirli olduğu bölgələrdə səmanın rəngi sarıya çevrilib.

 

Misir Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada sakinlərə maska ​​taxmaları ilə bağlı xəbərdarlıq olunub.