İbrahimoviç futbolla sağollaşdı

Bölmə: İdman › ,
Tarix: 19:08 05.06.2023

Əfsanə futbolçu Zlatan İbrahimoviç karyerasını bitirib.
 
İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya nəhəngi "Milan"da çıxış edən məşhur isveçli futbolçu Zlatan İbrahimoviç 41 yaşında futbol karyerasını bitirdiyini açıqlayıb.
 
Uzun müddətdir zədələrlə mübarizə aparan və bu mövsüm cəmi 4 oyuna çıxan İbrahimoviç "Futbolla vidalaşıram, sizlərlə yox” sözləri ilə komandada menecer kimi qala biləcəyinə vurğu edib.
 
Tanınmış futbolçunun bu qərarı ilə bağlı komadasının "Milan"ın sosial media hesabından edilən paylaşımda "Əfsanələr əbədi yaşayır" ifadələri yer alıb.