Məşhur aktrisa xəyanət iddialarını yalanladı

Bölmə: Maraqlı › ,
Tarix: 20:48 05.06.2023

Həyat yoldaşı Kadir Doğulunun ona xəyanət etdiyi iddia edilən Neslihan Atagül qatıldığı məclisdə görünüşü ilə hər kəsi heyran edib.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Atagül gündəmdən düşməyən evliliyi ilə bağlı sualları da cavablandırıb.
    
Atagül iddialı geyimi ilə bütün diqqətləri üzərinə çəkib.
 
"Gazete maqazin"in suallarını cavablandıran Atagül xəyanət xəbəri ilə bağlı "Yazılanlar, çəkilənlər doğru deyil. Yaxşıyıq. Əhval-ruhiyyəmiz yaxşıdır" deyib.
 
Qeyd edək ki, təxminən 7 ildir evli olan Neslihan Atagül və Kadir Doğulu cütlüyü bir müddət əvvəl xəyanət iddiası ilə gündəmə gəlib.