Türkiyə liqasında ilin ən yaxşıları Qalatasaraydan

Bölmə: İdman › ,
Tarix: 18:51 05.06.2023

"Qalatasaray”ın dünya ulduzu Mauro İkardi və baş məşqçi Okan Buruk ilin ən yaxşıları seçilib.
 
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu mövsüm göstərdiyi performansla sarı-qırmızılı klubu uğura aparan İkardi Assist Analysis izləyiciləri tərəfindən ilin ən yaxşısı seçilib.
 
Liqada 21 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan argentinalı ulduza mükafatı Assist Analysis şirkətinin baş direktoru Arda Ün və Rəqəmsal Direktor Yücel Ağcabay təqdim ediblər.
Eyni zamanda "Qalatasaray”da ilk ilində çempion olan Okan Buruk "İlin məşqçisi” mükafatına layiq görülüb.