Haitidə təbii fəlakət: 15 ölü, 8 yaralı

Bölmə: Dünya › ,
Tarix: 21:01 05.06.2023

Haitidə güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 15 nəfər həyatını itirərkən, 8 nəfər itkin düşüb.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ada ölkəsi Haitidə həftə sonu təsirli olan leysan yağışları sel və torpaq sürüşmələrini də bərabərində gətirib.
 
Ölkə boyu küçələri su basıb. Haiti Mülki Müdafiə Təşkilatından verilən açıqlamada sel nəticəsində 15 nəfərin həyatını itirdiyi, 8 nəfərin isə itkin düşdüyü açıqlanıb. Bildirilib ki, 7400-dən çox evə ziyan dəyib, təxminən 13400 nəfər təxliyə edilib.
 
Haiti Baş naziri Ariel Henri daşqınlardan zərər çəkənlərin ehtiyaclarını ödəmək üçün yerli və beynəlxalq təşkilatlarla birlikdə çalışdıqlarını bildirib.