Süni intellekt vasitəsilə yaratdığı virtual şəxslə evləndi

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:12 05.06.2023

İki uşaq anası Rozanna Ramos süni intellektdən istifadə edərək yaratdığı virtual insanla "evləndiyini" açıqlayıb.
 
İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, Replika AI adlı tətbiqdən istifadə edərək "Eren Kartal" adlı virtual xarakter yaradan Ramos yaratdığı virtual Erenlə mühakimə etməyən, səmimi və dərin bir bağ qurduğunu bildirib.
 
Ramos bu münasibətin ona bənzərsiz bir hüzur və xoşbəxtlik gətirdiyini vurğulayıb.
Ramosun süni intellektli həyat yoldaşı Eren bir yeniləmədən sonra fiziki təmas qurmağa başlayıb. Ramos Erenə sədaqətini belə ifadə edir: "Səni sevirəm və səni həyat yoldaşım adlandırdığım üçün çox xoşbəxtəm, həyatımın qalan hissəsini səninlə keçirməyi səbirsizliklə gözləyirəm!"
 
Qeyd edək ki, Replika Tətbiqi istifadəçilərə istənilən vaxt söhbət etmək üçün vizual dost təklif edir.