Rusiya: Yeni Türkiyə hökuməti ilə əməkdaşlığa hazırıq

Bölmə: Dünya › ,
Tarix: 21:48 05.06.2023

Xarici işlər nazirinin müavini Verşin yeni hökumətlə qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildirib.

14 may seçkilərində Xalq Alyansı Türkiyə Böyük Millət Məclisində üstünlük əldə etdikdən sonra Rəcəb Tayyib Ərdoğan mayın 28-də yenidən prezident seçilib.

Ərdoğanın andiçmə mərasiminə bir çox ölkədən aparıcı rəsmilər qatılıb.

Həm prezident Ərdoğan, həm də yeni kabinetinin üzvləri beynəlxalq təbriklər alıblar.

“Türkiyənin yeni hökuməti ilə qarşılıqlı fəaliyyətə hazırıq”.

Türkiyənin qonşusu Rusiyadan gələn mesajda yeni dövrlə bağlı əməkdaşlıq siqnalı verilib.

Xarici işlər nazirinin müavini Sergey Verşin jurnalistlərə bildirib ki, Rusiya Türkiyənin yeni hökuməti ilə qarşılıqlı fəaliyyətə hazırdır.

 

Fərahim Rzazadə