Xiaomi-nin ilk elektrik avtomobili yola çıxdı

Bölmə: Dünya › ,
Tarix: 22:23 05.06.2023

2021-ci ildə öz elektrik avtomobilini istehsal edəcək şirkətlər sırasına Çindən Xiaomi də əlavə olundu və işləri sürətləndirdi.


İnformator.az xarici mediaya istinadən xəbər verir ki, avtonom idarəetmə təşəbbüsünün birinci mərhələsində Çində 140-dan çox avtomobilin sınaqdan keçirilməsi planlaşdırılır. Şirkət 2024-cü ilə qədər sektorda lider olmağı hədəfləyir.

 

Xiaomi avtomobili Modena kod adlı tam elektrik sedan olacaq. Əvvəllər nəqliyyat vasitəsinin 22 min ilə 29 min dollar arasında olması gözlənilirdisə, indi bu qiymət 40 min dollara yüksəlib. Xiaomi-nin yeni avtomobili Çinli YouTuber tərəfindən lentə alınıb. Avtomobil kamuflyaj altında olsa da, dizaynı ümumi mənada ortaya çıxıb. Xiaomi-nin ilk elektrik avtomobili aerodinamik kuzov dizaynı, uzun kapotu və ön şüşədəki lidar sensoru ilə diqqət çəkir.

 

Qeyd edək ki, Xiaomi-nin qurucusu Ley Cun təqdim etməyə hazırlaşdıqları ilk elektrik avtomobilinin qış sınaqlarının uğurla başa çatdığını və kütləvi istehsala çox az vaxt qaldığını bildirib.

 

Nigar