Erməni terrorçuları mülki əhali və polislərə qarşı
Bölmə: Hadisə › ,Tarix: 12:34 19.09.2023
Bu gün ərzində 2 mülki azərbaycanlı və 4 polis əməkdaşı mina terroru nəticəsində qətlə yetirilib. Erməni mina terrorunun bugünkü qurbanları:
“Azəravtoyol”un əməkdaşları:
- Quliyev Fərhad Hüseynağa oğlu ( 02.05.1965 )
- Sadıxov Samir Sabir oğlu ( 21.11.1970 )
Daxili İşlər Nazirliyinin əməkdaşları:
- Camalzadə Asim Şahzadə oğlu (02.05.1994)
- Şirinov Ramil Arif oğlu (07.08.1987)
- Mahmudov Seymur Elseviar oğlu (12.07.1991)
- Zamanov Xəzər Azər oğlu (21.07.1998).
Qeyd edək ki, Azərbaycan 2020-ci ildə 10 noyabr bəyanatını imzalamaqla müharibəni bitirmək, neçə-neçə azərbaycanlının həyatını qorumaq, minlərlə azərbaycanlı ailəsinin başsız qalmasının qarşısını aldı. Bununla belə, bəzən atılan addımlar nəticə vermir. Nə qədər müharibə istəməsək də, hər gün yeni itkilərin olması bu ehtimalı azaldır. Çünki ermənilərin mülki əhaliyə qarşı terror fəaliyyəti bitmir, əksinə daha da intensivləşir. Təkcə bu gün ərzində 2 mülki azərbaycanlı və 4 polis əməkdaşı mina terroru nəticəsində qətlə yetirildi. Xarici işlər nazirliyinin yaydığı məlumata görə, 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, Üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır.