KÖRPÜ DAĞILDI, KƏNDLƏRLƏ ƏLAQƏ KƏSİLDİ- SELİN FƏSADLARI ARADAN QALDIRLIR

Bölmə: Hadisə › ,
Tarix: 21:29 21.09.2023

 

  Sel suları Astara rayonunun Siyəkü kənd ərazi vahidliyinə daxil olan 24 kənddə bir sıra problemlər yaradıb, iki körpü dağılıb, yol boyu bir neçə istiqamətdə torpaq sürüşmələri baş verib. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.

 

   Fəsadların aradan qaldırılması istiqamətində tədbirlərə başalnıb. Şağlazüzə kənd orta məktəbinin direktoru Emin Fətəliyevin sözlərinə görə, bəzi şagirdlərin gəlişi təmin edilsə də, piyada körpüsünün sıradan çıxması nəticəsində kəndlərlə əlaqə kəsilib. Körpülərin uçması səbəbilə müəllimlərin və şagirdlərin məktəbə gəlişi mümkün olmayıb.

   

  Siyəkü kənd ərazi vahidliyinin 24 kəndini birləşdirən Pensər-Şağlazüzə-Şamətük yolunda çökmə və torpaq sürüşmələri baş verib. Əsas yolda nəqliyyatın hərəkəti dayanıb. Piyadalar ancaq kiçik yolla hərəkət edə bilir. Daha bir təhlükəli vəziyyət isə Astaranın Siyəkü ərazi vahidliyinə daxil olan Pensər-Şəməkü yolunda baş verib. Çay suları yolun bünövrəsini yuyub apardığından beton dirəklər çaya aşıb. Yol təhlükəli vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti tam dayanıb. Aidiyyəti qurumlar müvafiq tədbirlə başlayıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər - Şağlazüzə - Şamətük yoluna ağır texnikalar cəlb olunacaq. Astara rayonunun Fövqəladə Hallar Komissiyasının sədr Allahverən Mahmudov bildirilib ki, dağılmış körpülərlə bağlı aidiyyatı qurumlara müraciət olunub, hazırda həmin körpülərin bərpasından ötrü mütəxəssislər cəlb edilib və lazımi vəsaitin müəyyən edilməsi istiqamətində işlər davam etdirilr. "Taxtanəkran toradi yolunun 10 kmdə torpaq sürüşməsi baş verib. Əsxənəkəran və Hamuşan ərazi vahidliyi nümyəndəliklərində ümumilikdə 5 min 500 nəfərin yaşadığı 16 kəndlə əlqə kəsilmişdir. Artıq texnikalar həmin əraziyə cəlb edilib. Bir tərəfli yollar açılıb. Vətəndaşlarımız həmin yoldan istifadə bilirlər. Gələcəkdə bərpa işlərindən ötrü işlər davam etdiriləcək. Artıq suyun səviyyəsi aşağ düşdüyündən demək olar, heç bir təhlükəli vəziyyət qeydə alınmayıb".