UNESCO 42 yeni məkanı Dünya İrs Siyahısına əlavə etdi

Bölmə: Dünya › ,
Tarix: 23:38 26.09.2023

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında YUNESKO-nun Ümumdünya İrs Siyahısına 42 yeni ərazi əlavə edilib, artıq siyahıda olan 5 ərazi genişləndirilib.


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən seçilmiş 21 ölkənin nümayəndələrindən ibarət YUNESKO-nun Ümumdünya İrs Komitəsi Ümumdünya İrs Siyahısına daxil ediləcək əraziləri araşdırmaq və qorunma vəziyyətini yoxlamaq üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda toplaşıb.


YUNESKO-nun Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasında Ümumdünya İrs Siyahısına 33 mədəni və 9 təbii olmaqla ümumilikdə 42 yeni irs ərazi qeydə alınıb.

 

Qeydə alınan mekanlardan 15-i Avropada, 12-si Asiyada, 6-sı Afrikada, 6-sı Şimali və Cənubi Amerikada, 3-ü isə Yaxın Şərqdə yerləşir.


Bu rəqəmin 1982-ci ildən bəri bir seansda görülən ən böyük genişlənmə olduğu bildirilir.
“Uruq Bani Maarid Mühafizə Ərazisi” Səudiyyə Ərəbistanında 7-ci Ümumdünya İrs ərazisi və ilk Təbii İrs ərazisi oldu.

 

Bağlanış mərasimində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin genişləndirilmiş 45-ci sessiyasının təşkilində əməyi olan təşkilatlar təltif edilib. Vurğulanıb ki, Komitənin Ər-Riyaddakı sessiyasının uğuru Səudiyyə Ərəbistanının YUNESKO-nun məqsədlərinə uyğun olaraq dünya irsinin qorunması və qorunub saxlanması istiqamətində qlobal səyləri dəstəkləmək əzmini bir daha təsdiqləyir.


YUNESKO-nun Ümumdünya İrs Direktoru Lazare Eloundou Assomo Ər-Riyadda çox səmimi qarşılandıqlarını ifadə edərək, Səudiyyə Ərəbistanına ev sahibliyi etdiyinə və mədəni və təbii irsin qorunmasına verdiyi dəstəyə görə təşəkkür edib.

 

Aydan İsayeva