Uğrunda sözlə vuruşduğu Qarabağın azadlığına qovuşduğu günlə tarixə düşdü...

Bölmə: Sosial › ,
Tarix: 21:23 28.09.2023

İlk dəfə çəkilişdə qarşılaşanda bir-birimizə aman vermədiyimizi görüb qarşılıqlı razılığa gəldik... Suallarımızı növbə ilə verəcəyimiz, sözümüzü kəsməyəcəyimizlə bağlı razılıq bizi doğmalaşdırdı... Hətta mənə zarafatla "səni niyə Prezident Aparatına akkreditasiya elədilər ki?" deyirdi. Əslində səbəb elə Qənirənin özü idi.


O qədər yaxınlaşmışdıq ki, demək olar ki, bütün çəkilişlərdə bir yerdə olurduq... Hətta sonuncu çəkilişdə televiziyadan ayrılacağımı bilib gülə-gülə "yerinə elə jurnalist göndər ki, onu diri-diri yeməyək" demişdi...


Bərabər addımladığımız yol bitsə də, o dövr hər zaman bizi birləşdirirdi. Milli Liderlə bağlı xatirələrimizi efirlərdən bərabər paylaşırdıq. Sonuncu çəkilişdə "gəl, otağımda sənə pürrəngi çay qonaqlığı verim, dərdləşək" demişdi... Amma.... Sözünü tutmadı...


Bu tarixi günləri yaşamalı idi Qənirə Paşayeva... Bu, onun haqqı idi... Ruhu şaddır yəqin ki... Uğrunda sözlə vuruşduğu Qarabağın azadlığına qovuşduğu günlə tarixə düşdü...

 

Aynur Nəsirova