Biz yaşadıqca yaşayacaqsan. Natiqə, Natavana salam deyərsən…-Amil Hacıyev

Bölmə: Sosial › ,
Tarix: 22:17 28.09.2023

İl 2005, fevral ayı.

 

ANS Tv-nin media kurslarını ən yüksək balla bitirirəm. Məşhur konfrans zalda Qənirə Paşayevanın stajyoru kimi fəaliyyətə başlayıram. TV-də ilk müəlimim olur. Hər gün 9:00-da işə gəlir, ənənəvi kukruz paçkası və qəzet bağlaması da əlində.

 

Ondan mübarizliyi, çalışqanlığı öyrəni bildim. Amma xarici səfərlərdə çox olurdu, bəlkə də çox şey öyrədə bilərdi. Sonra köməkçisi təyin olundum. Birgə verilişlər hazırladıq. Bir dəfə məni kənara çəkdi, qardaş, (bu ən çox işlətdiyi sözlərdən biri idi) gəl, səni keçirim İç Xəbərə, Burada (Xəbərçi) əjdahalar səni yeyəcək. Bəlkə də kariyeramın ən düzgün addımını atmağıma təkan oldu. Ramil Usubovla müsahibəyə məni də aparmışdı. Ramin Yakubov Allah şahididir, Nazirə məni o qədər təriflədi ki, Ramil Usubov dedi ver mənə, köməkçim olsun. Elə yox, vermərəm dedi ki, özüm də razılaşdım. Amma sonra küsdü məndən, Heydər Əliyev Fondunda olanda yanına çağırdı, getmədim. Onda Ləman Ələşrəfqızı demiş, ulduz idim axı. Amma sonra barışdıq.

 

Qənirə çalışqan idi, mübariz idi amma əzrayılla mübarizədə bacarmadı. RUHUN ŞAD OLSUN, biz yaşadıqca yaşayacaqsan. Natiqə, Natavana salam deyərsən…

 

Amil Hacıyev