ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Bölmə: Sosial › ,
Tarix: 15:47 29.09.2023

Məşədi Dadaş Məscidində şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Ceyhun Əliyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Nəsimi rayon üzrə əməkdaşı Cahangir Məmmədov iştirak edib. 

 

Məşədi Dadaş Məscidinin imamı Hacı Əli Şərbətov görüşlə bağlı təəssüratlarını bölüşüb. "Görüş çox səmimi keçdi. Fikir mübadiləsi apardıq, əziz şəhidlərimizi yad etdik, onların ruhuna "Qurani-Kərim" oxundu. Zəfərimizdə, torpaqlarımızın işğaldan azad olunmasına canlarını fəda edən şəhidlərimiz, çox dəyərli qazilərimiz hörmətlə yad edildi. Hər vətənpərvər insan üçün bu çox mühim görüşdür. Daha çoxunu etmək üçün əlimizdən gələni edirik, Allah bütün şəhidlərimizə rəhmət eləsin". 

 

Görüşlə bağlı düşüncələrini deyən digər həmsöhbətimiz millət vəkili Ceyhun Məmmədovdur. "Belə tədbirlərin çox böyük əhəmiyyəti var. Bu gün dövlətimiz şəhid ailələri üçün lazım olan bütün addımları atır. Həmin insanların bu gün daha çox mənəvi dəstəyə ehtiyacı var. Bu cür tədbirlərdə məscidlərin, din xadimlərinin özünəməxsus yeri var. Məşədi Dadaş Məscidində keçirilən tədbirin dövlət siyasətinə verdiyi dəstəyin göstəricisidir". 

Çinarə Muradova