Təyyarədə ən təhlükəsiz yer və oturacaq

Tarix: 23:12 18.10.2023
İndi məlum olur ki, qəza zamanı təyyarədə hansı oturacaq daha təhlükəsizdir.
Mütəxəssislər son 35 ildə baş verən təyyarə qəzalarını araşdıraraq ən təhlükəsiz oturacağı müəyyən ediblər. Təhlil nəticələrinə görə, statistik olaraq təyyarənin arxa hissəsindəki orta oturacaqlar ən yüksək sağ qalma göstəricilərinə malikdir. Bundan əlavə, orta oturacaqların pəncərə və ya koridordakı oturacaqlardan daha təhlükəsiz hesab edilməsinin başqa bir səbəbi, hər iki tərəfdə sərnişinlər olduğundan qorunma təmin etməsidir. Təcili çıxışın yanında oturmaq həmişə ən sürətli qaçışı təmin edən sahələrdən biridir.
1985-2000-ci illər arasında ölən və sağ qalanların iştirak etdiyi 17 qəzanın müqayisəsi nəticəsində müəyyən edilib ki, arxa 5 sıra təyyarələrin ən az ölüm nisbətinə malik olduğu, çıxış qapılarına yaxın 3 sıra oturacaqların isə ən təhlükəsiz hissələrdən biri olduğu müəyyən edilib.
Mənbə:habertürk
Tərcümə etdi:Sayad Qoşnalıyeva