AİLƏ QURMAQ ÜÇÜN İDEAL YAŞ NEÇƏDİR?

Tarix: 17:05 20.10.2023
Ömür boyu bizlə olan iki vacib seçim var. Bunlardan biri ailə, ikincisi isə seçdiyimiz peşədir. Hər ikisi üçün seçim edərkən nə qədər doğru qərar versək, bir o qədər xoşbəxt yaşayarıq. Bu iki seçim zamanı vacib məqamlara diqqət yetirməliyik. Bu məqamlardan biri neçə yaşda ailə quracağımıza qərar verməkdir. İnsan neçə yaşda ailə qurmalıdır?
Psixoloq Aytən Ələkbərova qeyd edir ki, "Ailə həyatı qurmaq üçün ideal yaş qadınlar üçün 22-23, bəylər üçün isə 25-26 yaş dönəmidir. Bu yaşda olan cütlüklərin bir-birini anlaması, özləri kimi qəbul etməsi ailənin bütövlüyünə və ailənin daha da uğurlu olmasına gətirib çıxarır".
ÇİNARƏ TARVERDİYEVA