İki qatar toqquşdu-25 nəfər xəsarət alıb

Bölmə: Hadisə › ,
Tarix: 16:00 23.11.2023

Rusiyada iki qatar toqquşub.

 

İnformator.az xəbər verir ki, toqquşması nəticəsində baş verən qəzada 25 nəfər xəsarət alıb.

 

Belə ki, Rusiyanın Ulyanovsk vilayətinin Kuybışev şəhərində Adler-Perm istiqamətində hərəkət edən sərnişin qatarı digər qatarla üz-üzə toqquşub.

 

Qəza nəticəsində sərnişin qatarında 400 sərnişinin olduğu, 25 sərnişinin isə yaralandığı açıqlanıb.

 

Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov qəza yerində 5 sərnişinə tibbi yardım göstərildiyini, xəstəxanalarda müalicə alan sərnişinlərin həyati təhlükəsinin olmadığını açıqlayıb.