Çalışın sizi görsünlər. Mən bilirəm ki, orjinal olduğunuz təqdirdə sizə qarşı çıxanlar olacaq-Zahid Oruc

Bölmə: MEDİA › ,
Tarix: 22:24 06.12.2023

Bakı Dövlət Universitetində Azərbaycan Gəncliyinin Brometri: Dəyərləri, Həyat tərzi və İctimai-siyasi aktivliyi. İctimai rəy sorğusunun nəticələri əsasında hazırlanmış tədqiqat layihəsinin təqdimatı keçirilib.Qonaq olaraq Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dəvət olunub.Tədqiqat layihəsi Jurlanistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun açılış nitqi ilə başlayıb.

 

Azərbaycan Gəncliyinin Brometri: Dəyərləri, Həyat tərzi və İctimai-siyasi aktivliyi. Mövzusunda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi tələbələri ilə görüşən Zahid Oruc tələbəlik illərinin dəyəri və xüsusi marağını tələbələrə bildirərək həmin illərin qədrinin bilinməli olduğunu vurğulayıb.

 

" Bu dövr yəni tələbəlik illəri üçün çox darıxacaqsınız. Həmin illərdə yaşadığınız aclıq, susuzluğa və başqa çətinliklərə də yenidən dözməyə razı olacaqsınız, deyəcəksiniz ki,o illəri yenidən yaşaya bilərdim. Ona görə də bu illərin qədrini bilmək lazımdır".

 

Zahid Oruc gənclərə xitabda deyib ki, Orjinal olduğunuz təqdirdə sizə qarşı çıxanlar olacaq.

 

"Çalışın sizi görsünlər. Mən bilirəm ki, orjinal olduğunuz təqdirdə sizə qarşı çıxanlar olacaq. Arxayın edirəm ki, bu təqdirdə sizə qarşı olacaqlar, çalışacaqlar sizi özləri kimi etsinlər. Yadınızda saxlayın ki, xorda heç kim görünmür. Çalışın harda olursunuzsa öz səsiniz olsun".

 

Zahid bəy gənclərə mesajında bildirib ki, mənfini müsbətə çevirməyi bacarın.

 

"Mənfini müsbətə çevirin. Yağışı ruzi, Qarı bərəkət olaraq qiymətləndirin. Yağışı, qarı təkcə Bakının bir küçəsinə yağmış kimi deyil də rayonlarda, dağlarda yağmış olaraq düşünün ki, mənzərənin gözəlliyini dərk edəsiniz".

 

Zahid Orud deyir ki, gəncliyini 90-cı illərdə yaşayan bizlər bizdən sonrakı gəncləri bəyənməzdik.

 

"Facebook-da, Twitter-də ( X ) "doğulub-böyüyən" orada sevən, orada ailə quran gənclərin gələcəyinin necə olacağını düşünürdük. Amma o gənclik Vətən müharibəsində qalib gəldi, o gənclik qələbə qazandı".

 

Zahid bəy tədbirdə iştirak edən tələblərin suallarını da cavablayıb və gənclərə son olaraq kitab oxumağı nəsihət görərək fikirlərini tamamlayıb.

 

Aydan İsayeva