Narkotik satan şəxslər saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 18:20 14.12.2023

Ağdaşda qanunsuz silah saxlayan, narkotik maddələrin dövriyyəsi ilə məşğul olan və insanların mülklərinə od vuran şəxslər saxlanılıb. 

 

Məlumata görə narkotik satmaq istəyənlər 4 nəfər- Səbuhi Quliyev, Elmir Həsənov, Vahid Şirinov və Hidayət Nuruyev olub. Vətəndaşların evlərini yandıran şəxs isə Rəmiş İbrahimovdur. O rayonun Orta Qəsil və Qulbəndə kəndlərində hadisələr törədib.

 

Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.