Media Könüllüləri Şuşada olub-Təəsüratlar

Bölmə: MEDİA › ,
Tarix: 20:37 26.12.2023

Bu gün Media Könüllüləri və  region jurnalistləri Şuşaya səfər ediblər.


Səfərdə iştirak edən Media könüllüsü Tehran Yusifli təəsüratlarını informator.az-la bölüşdü.

 


"Bu gün Media Könüllüləri olaraq Şuşaya gəldik, gəzdik, Cıdır düzündə olduq, daha Xurşidbanu Natəvanın ev muzeyini,  Üzeyir Hacıbəyovun evini gördük, Natəvanın bulağından su içdik, Cənab  Prezident İlham Əliyevin Şuşanın azad olunduğunu elan etdiyi yeri gördük.

Təbii ki, Şuşaya heyran qaldıq, buranın təbiəti ecazkardır, möcüzəvidir. Bu təəsüratları canlı olaraq sizinlə paylaşmaq möhtəşəm hisdir.

Uşaqlıdan bəri " İsa bulağı gözləyir bizi" misrası ağlımda idi, indi isə İsa bulağı qarşımdadır. Bu qürurverici hisdir. Allah şəhidlərimizi rəhmət etsin, dövlətimizi, Ali Baş Komandanımızı qorusun,  qazilərimizə can sağlığı versin, çünki bu gün bizə bu anları onlar yaşatdılar. Xüsusilə, üçrəngli bayrağımızın Şuşa dağlarına al-əlvanlıq verdiyini görmək qürurvericidir. Necə deyiblər, "Bir tarixdir Azərbaycan"  Şuşanın da hər qarışı bir tarixdir. Burada buludlar dağlara toxunur".



Könüllünün diqqətini çəkən bir nüans da müharibə zamanı əsgərlərimizin divarlara yazdığı sözlərin silinməməsi olub. O, qeyd etdi  ki, bu da onlara verilən dəyərin, qayğının bariz nümunəsidir.



"  İsa bulağının yanında  əsgərlərimizin yazdığı Azərbaycan regionlarının adları var idi. Molla Pənah Vaqifin qəbrini və Gövhər ağa məscidini də ziyarət etdik. Allah  bizə bu günləri yaşadan şəhidlərimizi bir daha rəhmət etsin".

Nəzrin Mirzəyeva