Pirotexniki vasitələr aşkarlanıb

Bölmə: Hadisə › ,
Tarix: 17:12 27.12.2023

Bu gün paytaxtın Qaradağ rayonunda Daxili İşlər Nazirliyinin əməkdaşlarının əməliyyat-profilaktik tədbirləri zamanı 60 mindən çox pirotexniki vasitə aşkarlanıb.


Bununla da ölkənin müxtəlif şəhər və rayonlarında dekabr ayı ərzində pirotexniki vasitələrin qanunsuz dövriyəsinin qarşınının alınması sayı 9-a yüksəlib.

 

Belə məhsulların qanunsuz satışı ilə məşğul olan şəxslər inzibati məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyi pirotexniki məhsulların satışı ilə məşğul olanlarla yanaşı bu vasitələri alanlara qarşı da sərt tədbirlər görürlər.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bununla bağlı açıqlama edib.

 

"Qanunsuz şəkildə bunun satışını həyata keçirən şəxslər varsa və  polis əməkdaşları bunu alıb, istifadə edən şəxsləri aşkarlayarsa, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq olunacaq və həmin şəxslər cərimələnəcək  Və onu da bildirim ki, polisin bu istiqamətdə keçirdiyi tədbirlər sərt olacaq".

Sərxan