General-mayor Bəkir Orucov azadlıqdan məhrum edildi

Bölmə: Hadisə › ,
Tarix: 15:56 28.12.2023

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun məhkəməsi başa çatıb. 

 

İnformator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasan, general Orucov ittiham edildiyi maddələrlə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bəkir Orucov və onunla birgə ittiham olunanlar Cinayət Məcəlləsinin 126.3, 145.3, 293.2, 329, 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirdi.

 

Bir müddət sonra Onunla birgə mühakimə olunan Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovla bağlı da hökmün elan ediləcəyi gözlənilir.