Barış Alper Yılmaz dayanmır

Bölmə: İdman › ,
Tarix: 20:54 19.02.2024

"Qalatasaray"ın ''MKE Ankaragücü'' nə  3:0 hesabı ilə qalib gəldiyi matçda Davinson Sançesin vurduğu qolun pasını Barış Alper Yılmaz verib. Belə ki, türkiyəli futbolçu keçirdiyi son 10 matçda komandasına 4 qol vurub, 4 məhsuldar ötürmə ilə ulduz olub.

 

23 yaşlı futbolçu meydanın hər yerində Qalatasaray'a verdiyi töhfə ilə bir çox komanda yoldaşını daha çox karyerası ilə geridə qoyub. Türk futbolçu 40 matçda 5 fərqli mövqedə çıxış edərkən qol vurma uğurları ilə diqqət çəkib.

 

Barış Alper Yılmaz bütün yarışlarda oynadığı son 10 matçın 8-də qol və ya məhsuldar ötürmə ilə ulduz olub. Gənc futbolçunun bu seriyası yanvarın 15-də "Mondihome Kayserispor"a 2-1 qalib gəldiyi matçın son dəqiqələrində vurduğu penalti ilə başlayıb.

 

3 gün sonra Ziraat Türkiyə Kubokunda "Ümraniyespor"a qalib gələn milli futbolçu sarı-qırmızılıların ilk qolunu vurub. "Trabzonspor"un 5-1 hesablı matçında məhsuldar ötürmə edib.

 

Gənc futbolçu “Qaziantep” Futbol Klubu və “Yılport Samsunspor”la matçlarda da 1 qol vurub. Kubokda "Teksüt Bandırmaspor" matçı Barış Alperin bu müddətdə hesaba töhfə verə bilmədiyi ikinci və sonuncu matç olub.

 

Zəhra Həsənova