Əfsanəvi futbolçu dünyasını dəyişib

Bölmə: İdman › ,
Tarix: 20:43 20.02.2024

Almaniyanın unudulmaz sol cinah müdafiəçisi Andreas Brehme 63 yaşında dünyasını dəyişib. Dünya çempionatında ölkəsinə çempionluq gətirən Brehmenin ölümü futbol dünyasını məyus edib.

 

Alman futbol əfsanəsinin ölüm səbəbinin infarkt olduğu bildirilir.

 

Brehme 1984-94-cü illər arasında Almaniya millisində 86 dəfə oynayarkən 4-ü dünya çempionatının finalında olmaqla 8 qol vurub. O, “Kayzerslautern”, “Bavariya” və “İnter”də çıxış edib, müdafiədə çıxış etsə də, 481 matçda 65 dəfə fərqlənib. O, karyerası ərzində 2 Almaniya Liqası, 1 İtaliya Liqası, 1 UEFA Kuboku və 1 Dünya Kubokunun qalibi olub.

 

Ayaz Zeynalzadə