Tuxel ‘’Bavariya’’dan ayrılır

Bölmə: İdman › ,
Tarix: 21:07 21.02.2024

Almaniya  Bundesliqa komandası Bayern Münhen mövsümün sonunda baş məşqçisi Tomas Tuxel ilə yollarını ayıracaqlarını açıqlayıb.

 

Klubdan verilən açıqlamada 30 iyun 2025-ci ilə qədər müqaviləsi olan Tuçelin vəzifəsini davam etdirməyəcəyi bildirilib.

 

Daha əvvəl “Maynts”, “Borussiya Dortmund”, PSJ və “Çelsi”də çalışmış 50 yaşlı Tuxel ötən mövsüm “Bavariya” ilə liqa çempionu olub.

 

''Bavariya'' ilə 44 matçda meydana çıxan Tuxel 28 qələbə, 5 heç-heçə və 11 məğlubiyyətə imza atıb.

 

Ayaz Zeynalzadə