Çempionlar liqasında 1/8 finalın ilk turu başa çatıb-Mütəxəssisdən açıqlama

Bölmə: İdman › ,
Tarix: 18:57 22.02.2024

Çempionlar liqasının 1/8 final mərhələsinin ilk turu başa çatıb. Son oyunlarda ‘’Barselona’’ səfərdə ‘’Napoli’’ nin qonağı olub. ‘’Porto’’ isə ‘’Arsenal’’ ı qəbul edib.

 

 

Futbol mütəxəssisi Vaqif Sadıqov bu tur haqqında proqnozlarını informator.az-la  bölüşüb. Mütəxəssis bildirir ki, növbəti mərhələyə vəsiqə qazanacaq komandaları indi təxmin etmək olduqca çətindir.

 

‘’Bu mərhələdə olduqca maraqlı cütlüklərə və oyunlara şahid olduq.Hazırkı nəticələrə baxsaq heç bir komandanın növbəti mərhələni təmin etdiyini tam dəqiqliklə deyə bilmərik.Hər bir klubun növbəti mərhələ üçün şansı var. Hər şey 2-ci turdan sonra bəlli olacaq’’.

 

Müsahib dünən keçirilən oyunlar barədə də söz açıb.

 

‘’Barselona’’ ilk hissə oyuna nəzarət edirdi, lakin 2-ci hissə ‘’Napoli’’ özünə gəldi. ‘’Barselona’’ hesabı açsa da üstünlüyünü qoruya bilmədi. 2-ci turda ‘’Barselona’’nın ev sahibi olduğundan bir qədər üstünlüyü olduğunu düşünürəm. ‘’Porto’’ sona kimi ‘’Arsenal’’la mübarizə apardı.Sonda  qol vurmağa nail olsalar belə, növbəti oyunda çox çətin qarşılaşma onları gözləyir. ‘’Arsenal’’ bu mövsüm daha yaxşı performans sərgiləyir.

 

Vaqif Sadıqov son olaraq turnirin əsas favoriti olaraq ‘’Mançester Siti’’ ni gördüyünü qeyd edib.

 

 

Ayaz Zeynalzadə