‘’Qarabağ’’ tarixində ilk dəfə 1/8 finalda!

Bölmə: İdman › ,
Tarix: 00:28 23.02.2024


UEFA Avropa liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında ‘’Qarabağ’’ öz meydanında ‘’Braqa’’ ilə qarşılaşıb.

 

Oyun ‘’Braqa’’nın 2:3 hesablı qələbəsi ilə yekunlaşsa da, Azərbaycan çempionu tarix yazaraq ümumi hesabda 6:5 önə keçib və  növbəti mərhələyə vəsiqəni təmin edib.

 

‘’Braqa’’ 70-ci dəqiqədə R.Fernandes, 83-cü dəqiqədə A.Djalonun qolları ilə 2:0 önə keçərək ümumi hesabı bərablərləşdirib.

 

‘’Qarabağ’’ əlavə vaxtın 102-ci dəqiqəsində hesabı 1:2 edib. ‘’Braqa’’  115-ci dəqiqədə S.Banzanın penaltidən fərqlənməsi ilə hesabı 1:3 etsə də, Nəriman Axundzadənin  120+2-ci dəqiqədə qolu ilə  ‘’Qarabağ’’ tarixində ilk dəfə adını 1/8 finala yazdırıb.

 

''Qarabağ''ın növbəti mərhələdəki rəqibi sabah Bakı vaxtı ilə 15:00-da keçirələcək püşkatmanın nəticəsi ilə bəlli olacaq.

 

Ayaz Zeynalzadə