Televiziyaların yayımına nə zaman məhdudiyyət qoyula bilər?

Bölmə: MEDİA › ,
Tarix: 19:48 23.02.2024

Azərbaycan Respiblikası Audivizual Şurasının iclası keçirilib. İclasda ‘’MTV’’ televiziya kanalının yayımına məhdudiyyət qoyulub. 27 fevral saat 09:00-dan 17:00-dək 8 saat müddətində yayımı dayandırılması barəsində qərar qəbul edilib.

 

Kanalların yayımı hansı halda dayandırıla bilər?

Nə kimi hallar baş verdikdə məhdudiyyət qoyulur?

 

Televiziya tənqidçisi Qulu Məhərrəmli ‘’informator.az’’-a açıqlamasında suallarımızı cavablandırıb. O bildirir ki, ‘’MTV’’ televiziyasının yayımına 8 saatlıq məhdudiyyətin qoyulması tamamilə qanunauyğun şəkildədir.

 

"Uzun müddətli məhdudiyyət qoyulduqda isə, məhkəmə həll edir. Lakin, qanunvericilikdə göstərildiyi kimi qısa müddətli məhdudiyyətləri Audivizual Şura tətbiq edə bilir. Əslində, istəməzdik ki, televiziya kanalı və əməkdaşları qısa müddətdə də olsa yayımdan məhrum olsunlar. Lakin qaydalar, normalar gözlənilmirsə, Audivizual Şura kəskin addım atmağa məcbur olur. Digər televiziyalar da bunu diqqətə almalıdır’’.

 

Qulu Məhərrəmli qeyd edir ki, bizim televiziyalarda bəzən canlı yayımın xüsusiyyətləri nəzərə alınmır, ekranda arzuolunmaz situasiyalara rast gəlinir.

 

"Bu addımın atılmasına təəsüf edirik. Eyni zamanda, bu, digərlərinə də xəbərdarlıqdır ki, qanunda tələb olunan normalar gözlənilmirsə, mütləq ki, belə və ya daha sərt formada cəza tətbiq olunacaq’’.

 

 

Sevinc Yarməmmədova