" ‘’Bavariya’’ yeni transferlər etməlidir"-Ağa Dadaşzadə

Bölmə: İdman › ,
Tarix: 22:33 26.02.2024

’Bavariya’’ Tomas Tuxelin sezon sonunda komandadan ayrılacağını açıqlayıb.

 

Mətbuatda adı hallanan baş məşqçi namizədləri arasında ‘’Bayer Leverkuzen’’ in baş məşqçisi Xabi Alonsonun da adı yer alır.

 

İdman eksperti Ağa Dadaşzadə mövzu ilə bağlı fikirlərini ‘’informator.az’’la paylaşıb. Ekspert Tuxelin fəaliyyəti haqqında danışıb.

 

‘’Tomas Tuxelin ‘’Bavariya’’nın fəaliyyətini yüksək qiymətləndirmrəm. Tuxel ‘’Bavariya’’nın hədəfləyinə uyğun fəaliyyət göstərmirdi.Turnir cədvəlində də liderlikdən kənardadırlar və çempionlar liqasındakı performansları da istənilən kimi deyil.Tuxel ilə yolları ayırmaq düzgün qərar oldu’’.

 

Ağa Dadaşzadə komandanın yenidən istənilən səviyyədə performans göstərməsi üçün yalnız baş məşqçi dəyişməyin kifayət olmadığını vurğulayıb.

 

‘’Yeni baş məşqçi namizədləri arasında Xabi Alonsonsun adı da hallanır. Xabi Alonso isə ‘’Real Madrid’’də çalışmağa daha müsbət yanaşır.Düşünürəm ki, Karlo Ancelotti ‘’Bavariya’’ ilə hazırda nailiyyətlər əldə edə bilər, Lakin gənc məşqçi də komandaya cəlb oluna bilər. ‘’Bavariya’’nın əvvəlki performansına qayıtması üçün dəyişikliklər aparılmalı, yeni oyunçular transfer olunmalıdır’’.

 

 

Ayaz Zeynalzadə