Zelenski Ermənistana səfər edəcək?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 16:13 27.02.2024

Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb. Bəs həqiqətən səfər planlaşdırılır?

 

Bu barədə politoloq Natiq Miri "informator.az"a açıqlamasında bildirib ki, Zelenskinin Ermənistan səfəri Ermənistanda rəsmi olaraq təsdiqlənməyib və bu, Rusiyanı qıcıqlandırmaq xarakteri daşıyır:

 

"Ukraynada da səfər təsdiqini tapmayıb. Zelenskinin Ermənistandan sonra Azərbaycana gəlməsi iddiası Ermənistanın uydurması da ola bilər. Zelenskinin Ermənistan səfəri Nikol Paşinyan və Zelenski arasında qərar verilən məsələ deyil. Zelenskinin Ermənistan səfəri Münhen Təhlükəsizlik konfransında düşünülmüş bir qərardır. Zelenskinin Ermənistana səfəri Ukraynaya və Ermənistana hərbi cəhətdən heç nə qazandırmayacaq. Ermənistanın elə bir maliyyə imkanları yoxdur ki, Ukraynaya yardım etsin.

 

Zelenski Ermənistana səfər etdiyi təqdirdə Azərbaycan əleyhinə cümlə istifadə etməyəcək. Ukraynanın ən çətin anlarında Azərbaycan Ukraynanın yanında olub və hələ də yanındadır".

 

 

Vüqar Alışov