Müasir teleseriallarımız nə dərəcədə keyfiyyətlidir?

Bölmə: Sosial › ,
Tarix: 21:48 27.02.2024

Televiziya verilişləri və seriallar insanın psixi sağlamlığına təsir edir. Söhbət əsasən mənfi təsirdən gedir. Məşhur türk mütəxəssisi bir çox serialın real həyatla əlaqəsi olmadığını, dəbdəbəli həyatların olduğu seriallarda isə pulun necə qazanıldığının açıqlanmadığını deyib.

 

Xüsusilə şəxsiyyət quruluşu inkişaf edən uşaq və gənclər diqqət mərkəzində saxlanılır. İnsanlar bu kimi seriallardan mənfi təsirlənir. Örnək olan və insanların evinə təqdim olunan seriallar mütləq real olmalıdır, real ailə həyatına uyğun olmalıdır. Real həyatla uyğunlaşmayan seriallar insanlarda travma yaradır. Ona görə də serialların prodüserləri mütləq bu məsələləri düşünməli və pedaqoqlardan, psixoloqlardan peşəkar dəstək almalıdırlar. 

 

"İnformator.az"a açıqlamasında kinoşünas Natiq Novruzov mövzuya öz münasibətini bildirib:

 

"Azərbaycanda teleseriallar Türkiyə serial bazarına baxanda çox pisdir. Pul olmuyan yerdə keyfiyyət də olmur. Amma bu halda da bizim rejissorlar ortaya nəsə çıxara bilir".

 

İlahə Həsənova