İtaliyanın məşhur klubu Qurban Qurbanovu istəyir?-RƏY

Bölmə: İdman › ,
Tarix: 19:39 11.03.2024

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyanın "Latsio" klubunun baş məşqçi postuna namizədlər arasında yer alıb.

 

“A” seriyasında 9-cu pillədə olan "Latsio"nun baş məşqçi görmək istədiyi şəxslərdən biri də Qurbanovdur.

 

Qurban Qurbanov İtaliyanın futbol klubu ilə işləyə bilərmi?

 

Bu barədə futbol eksperti Aslan Kərimov "informator.az"a açıqlamasında bildirib ki, Qurban Qurbanovun işləmək üçün bütün potensialı var:

 

"Düzdü, "Qarabağ"dakı kimi asan olmaz. İlk növbədə problemlərdən biri mədəniyyət problemidir. Daha sonra dil problemidir. Əgər baxsanız, fərqli ölkələrdə işləyən məşqçilər getməmişdən öncə artıq tam həmin dildə danışırlar. İşin texniki tərəfinə baxsaq, problem deyil. Amma oyunçularla ünsiyyət qurmaq baxımından əgər İtalyan dilini öyrənə bilərsə, çox çətin olmaz. Hər halda İtaliya çempionatı Azərbaycan çempionatı deyil".

 

Aynur Babayeva