"Bu rəftar sadəcə vandalizm aktıdır"-ŞƏRH

Bölmə: Mədəniyyət › ,
Tarix: 17:05 12.03.2024

Fransada Azərbaycanlı şairə Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizim aktı törədilib. 

Xarici ölkələrdə yerləşən milli-mədəni abidələrimizə qarşı bu cür halların baş verməsi nədən xəbər verir?

 

Bu barədə "İnformator.az"a Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov açıqlama verib:

 

"Azərbaycanın hər hansı bir xarici ölkədə monumental sənət əsəri nümunəsi, tarix mədəni abidəsi varsa, o abidənin mühafizəsi ilə mənsub olduğu ölkənin müvafiq orqanları məşğul olur. Biz hansısa ölkədə abidələrin mühafizəsi ilə bağlı fəaliyyət göstərə bilmərik. İkinci tərəfdən Natəvanın heykəlinə qarşı "əxlaqsız" davranış həmin ölkənin simasında da əks olunur.

Azərbaycanın görkəmli şairəsi, ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian-lö Bən şəhərində 2017-ci ildə ucaldılan heykəlinə qırmızı boyanın atılması və bu heykəlin təhqir edilməsi, bundan sonra heykəlin salafanla örtülməsi əraziyə- parka verilmiş "Azərbaycan parkı" sözünün çıxarılması Fransanın insanlığa, mədəniyyətə, incəsənətə, bəşəri dəyərlərə və bir başa ölkəmizə qarşı vandalizim aktının növbəti təzahürüdür. Xurşidbanu Natəvan Azərbaycanın görkəmli qadın ziyalılarının ən görkəmli nümayəndələrindən biridir".

 

Şərhçinin sözlərinə görə, şairənin abidəsinin Fransanın insanlığa sığmayan rəftara məruz qalması sadəcə vandalizm aktıdır:

 

"Xurşidbanu Natəvan dünya irsinə böyük tövhələr verib. Onun "Gül dəftəri" illüstrasiyalı şeirlər albomunu 2023-cü ildə UNESCO- nun dünya yaddaşı reyestirinə daxil etməsi şairənin bəşəri ideyaların daşıyıcısı olduğunu sübut edir. Bu vandalizim aktının törədilməsində Fransa dövləti bir başa cavabdehlik daşıyır. Bu hadisə 44 günlük vətən müharibəsində qazanılan zəfərdən sonra Fransanın Azərbaycana qarşı münasibətinin kəskinləşdiyini göstərir. Rəsmi Parisin məkirli şəkildə Ermənistana dəstək verməyi, yeni müharibə toxumları səpməyə çalışması qətiyyətlə pislənilməlidir. Fransa dövlətinin Azərbaycanın Qarabağda qazandığı tarixi zəfərin və ölkəmizin ərazi bütövlüyünün həzm edə bilməməsinin təzahürüdür. Buna başqa ad vermək olmaz".

 

 

Banuçiçək Kalbalıyeva