Ermənistanda etiraz mitinqi: Nə istəyirlər?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:41 14.03.2024

Ermənistanın paytaxtı İrəvanda "Azadlıq" meydanında etiraz mitinqi keçirilir. İştirakçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Bəs, erməni xalqı hansı səbəbdən Baş nazirin istefasını tələb edirlər? Nələr gözlənilir?

 

Bu barədə politoloq Fikrət Sadıqov "infarmator.az"a açıqlamasında bildirib ki, meydanda toplaşan insanların hamısı erməni xalqını təmsil etmir:

 

"Hazırda Ermənistanda Azərbaycanla bağlı və Azərbaycandan çəkinən, yeni müharibə olmasını istəməyən kütlə formalaşıb. Çünki bir çoxları yaxınlarını, qohumlarını itiriblər. Başa düşürlər ki, yeni müharibə daha çox itki gətirəcək. Ona görə bu revanşistlər, radikallar sadəcə olaraq hakimiyyət dəyişikliyini istəyirlər. Onların əsas məqsədi Paşinyanı devirmək və Paşinyanı zəif məqamda hakimiyyətdən uzaqlaşdırıb özləri hakimiyyətə gəlməkdir. Amma bu heç də o demək deyil ki, onlar vəziyyəti tam dəyişdirə bildilər. Onlar nə düşünürlər? Qarabağı biz onları yenidən verəcəyik? Bu qədər qandan, şəhid verəndən sonra.. İlk növbədə bu bizim torpaqlarımızdır və dünya birliyi bunu tanıyıb. Yəni burda onların bu istiqamətdə cəhdləri heç bir nəticə verməyəcək. Ona görə də bu hakimiyyət uğrunda mübarizə bundan sonra da davam edəcək. Meydanda toplaşan insanların arxasında müəyyən qüvvələr dayanıb və onlar Paşinyanın bundan sonra da Rusiya ilə yaxın olmasını tələb edir və Qərblə yaxın olmasını istəmir. Bunların arxasında da müəyyən qüvvələr var. Yəni Qərblə yaxınlaşmasının əleyhdarlarıdır".

 

 

Aləmzər İbrahimova