Anime haqqında bilməli olduğumuz 8 şey

Bölmə: Maraqlı › ,
Tarix: 23:34 05.04.2024

1. "Bu yaşda anime və ya cizgi filmlərinə baxırsınız?" sualı

 

Ölkəmizdə anime cizgi filmi olaraq təyin olunsa da, əslində deyil. Cizgi filmləri daha çox uşaqlara müraciət edir, lakin anime bütün yaş qrupları üçün hazırlanır.

 

2. Niyə böyük göz və uzun ayaqlar?

 

Əksər animelərdə personajların uzun ayaqları və iri gözləri olur. Bu, yaponların maili gözləri, qısa olması səbəbindən mürəkkəb gözlərə sahib olması ilə əlaqələndirilsə də, uzun ayaqların və böyük gözlərin qabaqcılı Uolt Disney kimi tanınır.

 

3. Üz ifadələri

 

Normal həyatda reaksiyalarımız, jest və mimikalarımız daha şişirdilmiş vizuallarla ifadə edilir.

 

4. Manga nədir?

 

Manqa anime seriyasının rəsm formasıdır. Animedən tamamilə müstəqil ola bilər. Amerika komikslərindən fərqi ondan ibarətdir ki, o, soldakı kadrdan deyil, sağdakı kadrdan oxunur. Manqadan ilhamlanan animelər də var. Manqa çəkən insanlara Manqaka deyilir.

 

5. Otaku nədir?

 

Fanatik aludəçi deməkdir. Anime Otaku vəziyyətində həyatını anime və ya anime pərəstişkarına həsr edən bir insan kimi müəyyən edilir. 

 

6. Cosplay nədir?

 

Onun əsasında anime personajı kimi geyinmək, saçını və makiyajını etmək kimidir. Bunu linzalar, pariklər və kostyumlarla dəstəkləmək lazımdır. Cosplay edənlərə Cosplayer deyilir. 

 

7. Anime janrları

 

Hər janrda anime tapa bilərsiniz. Ən qanlıdan ən romantikinə, ən gülməlidən ən fantastikinə qədər anime izləmək mümkündür. Fövqəltəbii gücləri, romantizmi, şounen, psixoloji hərəkətləri misal göstərmək olar. Yuri və yaoi janrlarına baxmadığım üçün məsləhət görmürəm. Onlar adətən bir qız və başqa bir qızın bir-birinə olan marağından və ya əksinə oğlanla başqa oğlanın bir-birinə marağından bəhs edir. Yuri və yaoi cinsi məzmuna malik ola bilər, xəbərdar olun. Lakin Shoujo-Ai və Shounen-Ai cinsi əlaqəli deyil.

 

Mənbə: Onedio 

Tərcümə etdi: Aydan Qasımova