Sultanahmet Meydanında 24 saat canlı yayım:Qəzzada öldürülən jurnalistlər yad ediləcək

Bölmə: Dünya › ,
Tarix: 22:40 09.04.2024

İsrail 7 oktyabr 2023-cü ildən Qəzzada dinc əhaliyə qarşı qırğına davam edir. Minlərlə insanın həyatını itirdiyi Qəzzada 140-dan çox jurnalist qətlə yetirilib. Bu qətliamı dayandırmaq üçün Türkiyədən bir daha səs çıxacaq.

 

Anadolu Nəşriyyatçılar Federasiyası aprelin 13-də Sultanahmet Meydanında əhəmiyyətli bir təşkilat keçirəcək. İsrailin Qəzzada qırğınları davam edir. Hücumlarda minlərlə insan həyatını itirib.Qəzza zolağında öldürülən jurnalistlərin sayı 140-a çatıb.

 

Anadolu Nəşriyyatçılar Federasiyasının prezidenti Sinan Burhan "İsrailin törətdiyi vəhşiliklər artıq dünyada daha az eşidilməyə başlayıb. Çünki indi jurnalistlər şəhid olurlar. Jurnalistlər bilərəkdən və istəyərək öldürülür” deyən Anadolu Nəşriyyatçılar Federasiyası, Qəzzada öldürülən jurnalistlərin səsini ucaltmaq üçün aprelin 13-də bir tədbir təşkil edəcək. Jurnalistlərin iştirakı ilə İstanbul Sultanəhməd meydanında keçiriləcək proqram 24 saat canlı yayımlanacaq. Bu canlı yayımlarda milli jurnalistlər, televiziya yayımçıları, yerli jurnalistlər, yerli radio yayımçıları və bütün media iştirak edəcək. Anadolu Kanalları ilə canlı yayım edəcəyik. Biz Fələstində ölən jurnalistlərə 24 saat yas tutacağıq və fələstinlilərin səsi olacağıq".

 

Mənbə: CNNTürk

Aytac Kərimova