Ukrayna və İsrailə yardım planından imtina

Bölmə: Dünya › ,
Tarix: 21:32 17.04.2024

ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Mayk Consonun Ukrayna və İsrailə maliyyə yardımı planından imtina edib. Bu barədə WSJ məlumat yayıb.

 

 “Ümid edirəm ki, spiker başa düşür ki, biz onun uğursuzluğunu görmək üçün burada deyilik, lakin biz Amerika xalqına qələbə gətirməliyik – və açıq sərhədiniz olduqda, İsraildə müharibə... və siz maliyyə axınını görürsünüz" — nəşr Nümayəndələr Palatasının üzvü Anna Paulina Lunanın spikerlə görüşündən sonra söylədiyi sözlərdən sitat gətirib.

 

 Eyni zamanda, respublikaçılar arasında ABŞ-ın müttəfiqlərinə yardım göndərilməsi planı ilə bağlı fikir ayrılığı yaranıb. Ukraynaya yardım göndərilməsini dəstəkləyən bəzi partiya nümayəndələri qanun layihəsinə yeni səsvermə üçün petisiya imzalamaqla hədələyiblər.

 

 Bundan əlavə, demokratların əksəriyyəti Nümayəndələr Palatasının hazırkı sədrinin istefasını tələb edən petisiya imzalayıb.

 

Materialın müəllifləri vurğulayıblar ki, hər iki tərəfin təzyiqi spiker Mayk Consonun mövqeyini qeyri-müəyyən edib, həmçinin yardımla bağlı razılaşma perspektivini gecikdirib.

 

 Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Konqresinin aprelin 19-dək konqresdə tətil başlamazdan əvvəl Ukrayna, İsrail və Tayvana ayrıca yardım haqqında qərar qəbul etməyə vaxtı olmayacaq. Qanun layihəsinin qəbulunun ləngiməsinə Respublikaçılar Partiyasının radikal qanadının qeyri-qanuni miqrasiya ilə mübarizə üçün maliyyəni artırmaq istəyi səbəb olur.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva